Samur-Abşeron kanalına çirkab su axıdan şəxslər cərimələniblər

Samur-Abşeron kanalına çirkab su axıdan şəxslər cərimələniblər Bakı. 11 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirib.
Ekologiya
11 May , 2018 09:39
Samur-Abşeron kanalına çirkab su axıdan şəxslər cərimələniblər
eco.gov.az
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri Tuğ zavod qəsəbəsi ərazisindəki fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Samur-Abşeron magistral kanalına axıdılması faktı aşkar edilib.

Araşdırma zamanı çirkab suların sözügedən ərazidə fərdi yaşayış evlərinin sakinləri Dilqəm Vəliyev və Famil Rüstəmov tərəfindən axıdıldığı məlum olub.

Faktla bağlı protokollar tərtib olunub və təqsirkar şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Çirkab suların kanala axıdılmaması məqsədilə ərazidə “şambo”ların tikilməsi üçün qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi