Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib
Ekologiya
- 01 iyul, 2020
- 09:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şahdağ Milli Parkının əməkdaşları Milli parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlif cinsli 16 ağacın kəsildiyi və təbiətə 4 218 manat məbləğində ziyan dəydiyi müəyyən edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların Qəbələ rayon Tikanı kənd sakinləri Asim və Hidayət Şəfiyevlər tərəfindən kəsildiyi aşkar edilib.
Faktla bağlı qanun pozucuları barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Qəbələ rayon Prokurorluğuna göndərilib.
Son xəbərlər
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr
03:12
ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib - Yenilənib
Digər ölkələr
02:42
Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib
Digər ölkələr
02:22
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb
Digər ölkələr
01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
Region
01:30
Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Xarici siyasət
01:15
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Digər ölkələr
00:39
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
Digər ölkələr