Sabah 37 dərəcə isti olacaq
Ekologiya
- 03 sentyabr, 2024
- 08:11
Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
Son xəbərlər
12:04
Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib
Maliyyə11:50
Aİ Gürcüstandan "Şəffaflıq" və "Ailə Dəyərləri haqqında" qanunların ləğvini tələb edib
Region11:47
Venesuelada iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 438 nəfərə çatıb
Digər ölkələr11:43
Azərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
Biznes11:40
FTB-nin terror təşkilatlarına dəstək ittihamı ilə axtardığı şəxs Gürcüstanda saxlanılıb
Region11:37
Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
Media11:34
Foto
Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb
Elm və təhsil11:28
Yaponiyanın Moskvadakı səfiri Rusiya XİN-ə gəlib
Region11:23