Sabah Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq

Sabah Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-2
Ekologiya
24 İyun , 2024 12:27
Sabah Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq

İyunun 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Son xəbərlər

Orphus sistemi