Bakı. 8 mart. REPORT.AZ/ Martın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz, əsasən, dağlıq rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.