Sabahdan külək kəsəcək, havanın temperaturu yüksələcək

Sabahdan külək kəsəcək, havanın temperaturu yüksələcək Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq.
Ekologiya
11 Noyabr , 2021 10:36
Sabahdan külək kəsəcək, havanın temperaturu yüksələcək

Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 13-ü gün ərzində ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Son xəbərlər

Orphus sistemi