Sabahdan Azərbaycanda hava mülayimləşəcək

Sabahdan Azərbaycanda hava mülayimləşəcək Bakıda gündüz 3-6 isti olacaq
Ekologiya
174
9 Yanvar , 2015 12:51
Sabahdan Azərbaycanda hava mülayimləşəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Sabah - yanvarın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Sabaha Azərbaycan rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə duman, lakin Lənkəran və Astara zonasında arabir yağıntılı olacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti müşahidə olunacaq. Yüksək dağlıq ərazilərdə isə 23-28 dərəcə şaxta olacaq.

Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən mülayimləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.  

Son xəbərlər

Orphus sistemi