Yuxarı

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycan rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti təşkil edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi