Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq hissi yarada bilər

    Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

    Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza görə, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, çiskin, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. 

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi