Sabah Bakının bəzi yerlərində yağış yağacaq

Sabah Bakının bəzi yerlərində yağış yağacaq Azərbaycan bəzi şimal və şərq rayonlarında əsasən gecə və axşam yağış yağacağı gözlənilir
Ekologiya
22 Oktyabr , 2016 12:29
Sabah Bakının bəzi yerlərində yağış yağacaq

Bakı. 22 oktyabr. REPORT.AZ/ İstirahət günü Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan bəzi şimal və şərq rayonlarında əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi