Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir
Ekologiya
12 Yanvar , 2017 12:28
Sabah hava yağıntılı olacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 2-4, gündüz 8-11 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi