Yuxarı
    Bağlamaq

    Sabah Bakıda yağış yağacaq

    Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir

    Bakı. 26 mart. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

    “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı ehtimal edilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi