Yuxarı
    Bağlamaq

    Sabah Bakıda yağış, ölkənin dağlıq ərazilərində qar yağacaq

    Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək

    Bakı. 27 fevral. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək,  gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

    Azərbaycan rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.

    Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi