Sabah Bakıda 35 dərəcə isti olacaq

Sabah Bakıda 35 dərəcə isti olacaq Azərbaycanın rayonlarında axşama doğru şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Ekologiya
19 Avqust , 2015 13:29
Sabah Bakıda 35 dərəcə isti olacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Sabah Bakıda 35 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludlu, yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 24-26, gündüz 30-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarında başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi