Sabah Bakıda 34 dərəcə isti olacaq, rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq, rayonlarda şimşək çaxacaq, yağış yağacaq Paytaxtda cənub-şərq küləyi əsəcək
Ekologiya
19 İyun , 2015 12:53
Sabah Bakıda 34 dərəcə isti olacaq, rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Bakı. 19 iyun. REPORT.AZ/ İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, paytaxtda cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi