Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Bakıda 15 dərəcə isti olacaq Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
25 Dekabr , 2015 12:33
Sabah Bakıda 15 dərəcə isti olacaq

Bakı. 25 dekabr. REPORT.AZ/ Sabah Bakıda 15 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gündüz cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi