Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Bakıda 15 dərəcə isti olacaq Rayonlarda isə bəzi yerlərdə 18 dərəcə isti olacağı proqnozlaşdırılır
Ekologiya
25 Mart , 2015 12:14
Sabah Bakıda 15 dərəcə isti olacaq

Bakı. 25 mart. REPORT.AZ/ Martın 26-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı, lakin gecə və səhər bəzi şərq ərazilərində yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi