Yuxarı

Sabah Azərbaycanda yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək

Nisbi rütubət 80-90 % təşkil edəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-26 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinə gəlincə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi