Sabah Azərbaycanda qar yağacaq

Sabah Azərbaycanda qar yağacaq Bakıda isə hava yağmurlu olacaq
Ekologiya
21 Yanvar , 2015 12:29
Sabah Azərbaycanda qar yağacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin "Report"a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, zəif duman olacağı, səhər və gündüz çiskin müşahidə ediləcəyi, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın qərb rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarının bəzi yerlərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi