Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda 16 dərəcə isti olacaq
Ekologiya
15 Aprel , 2015 12:58
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 16-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, axşama bəzi cənub rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi