Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək Axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var
Ekologiya
13 İyun , 2016 12:19
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mülayim cənub küləyi ilə əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi