Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
20 May , 2015 12:33
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Bakı. 20 may. REPORT.AZ/ Mayın 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı istisna olunmur. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi