Sabah Azərbaycana qış fəsli daxil olacaq
Ekologiya
- 21 dekabr, 2019
- 07:04
Sabah Azərbaycana qış fəsli daxil olacaq.
"Report" xəbər verir ki, qış fəsli ölkəyə dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da qədəm qoyacaq.
Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.
Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.
Dekabrın 22-də gecə həm də Çillə gecəsidir. Sabahdan etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək. Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər.
Son xəbərlər
14:47
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
İnfrastruktur14:43
DİN qadın namizədlərin xidmətə qəbulu ilə bağlı müsabiqə elan edir
Daxili siyasət14:41
"Beşiktaş" "Real"ın hücumçusu üçün rəsmi təklif göndərib
Futbol14:40
Maka Boçorişvili: Gürcüstan ABŞ-la məzmunlu və yenilənmiş strateji tərəfdaşlıq istəyir
Region14:36
"Tottenhem" fransalı hücumçu ilə bağlı qərar verib
Futbol14:32
Papikyan: Ermənistan MN sərhəddə üç il ərzində görülən mühəndis-istehkam işləri barədə hesabat verəcək
Region14:31
Azərbaycanda ötən ay 228 ailə dövlətdən kirayəyə mənzil götürüb
İnfrastruktur14:23
Papoyan: Rusiyanın TRIPP layihəsində iştirakı nəzərdə tutulmur
Region14:23