Yuxarı

Qurtuluş Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü keçiriləcək

Qurtuluş günü ilə əlaqədar milli parklarda “açıq qapı” günü keçiriləcə
© Report/Elchin Murad

Azərbaycanın milli parklarında iyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad ediləcək.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək.

Aşağıdakı Milli parklara giriş ödənişsiz olacaq:

1. Zəngəzur Milli Parkı (Naxçıvan MR, Ordubad rayonu)

2. Abşeron Milli Parkı (Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi)

3. Altıağac Milli Parkı (Xızı rayonu, Xələc kəndi)

4. Şahdağ Milli Parkı (Şabran rayonu, Pirəmsən kəndi)

5. Samur-Yalama Milli Parkı (Xaçmaz rayonu)

6. Şirvan Milli Parkı (Salyan rayonu, Yenikənd kəndi)

7. Hirkan Milli Parkı (Lənkəran rayonu, Bürcəli kəndi )

8. Ağgöl Milli Parkı (Ağcabədi rayonu)

9. Göygöl Milli Parkı (Göygöl rayonu, Toğanalı kəndi)

10. Qızılağac Milli Parkı (Lənkəran rayonu, Balıqçılar kəndi)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi