Yuxarı
    Bağlamaq

    Qubada meşə yanğınının qarşısı alınıb

    Yanğının səbəbləri və dəyən ziyanın müəyyən olunması istiqamətində iş aparılır

    Bakı. 4 mart. REPORT.AZ/ Quba rayonunda meşə yanğınının qarşısı alınıb.

    Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Alpan meşəbəyliyinin 8 saylı dolayının 45-ci kvartalında yanğın hadisəsi qeydə alınıb.

    Yanğın nəticəsində meşəətrafı ərazidə 30 sot quru ot və kol örtüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib.

    Yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

    Yanğının səbəbləri və dəyən ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi