Qubada krantdan su əvəzinə palçıq gəlməsinin səbəbi açıqlandı

Qubada krantdan su əvəzinə palçıq gəlməsinin səbəbi açıqlandı "Report"un Şimal bürosu Qubanın Alpan kəndində içməli suyunbulanıq gəlməsinin səbəblərini araşdırıb. Alpan kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir
Ekologiya
2356
28 Avqust , 2020 16:52
Qubada krantdan su əvəzinə palçıq gəlməsinin səbəbi açıqlandı

"Report"un Şimal bürosu Quba rayonunun Alpan kəndində içməli suyun bulanıq gəlməsinin səbəblərini araşdırıb.

Alpan kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən 16 kilometr məsafədə yerləşən kənddə 4 000 nəfər əhali yaşayır. Kəndin içməli su ilə təmin edilməsi məqsədilə Quruçay çayında sutəmizləyici qurğular quraşdırılıb.

Ötən il Quruçayın sahilindəki dağın bir hissəsinin uçması nəticəsində suyun bulanıqlığı daha da çoxalıb. Torpağın tərkibində olan təbii boya komponentləri çay suyuna qarışır. Bu da suda xüsusi tərkib yaradır. Kənd sakinlərinin sözlərinə görə, bu su ağac və bitkilərin dibinə tökdükdə onları qurudur.

"Azərsu" ASC-nin 1№-li regional su-kanal idarəsinin rəisi Elşən Həsənzadə "Report"un Şimal bürosuna bildirib ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün dövlət tərəfindən Quruçay çayında sutəmizləyici qurğu tikilib: "Yeni tikimiş qurğunun gücü saniyədə 8,7-9 litr, kənd sakinilərinin içməli suya olan təlabatı isə saniyədə 7-7,5 litr təşkil edir". 

E.Həsənzadə iddia edib ki, Alpan kəndinin əhalisi içməli su ilə tam şəkildə təmin edilir.

Qeyd edək ki, su mənbəyi kimi kənddən 10 kilometr məsafədə Quruçaydan su xəttinin çəkilməsi nəzərdə tutulur və işlərə başlanılır. Layihədə nəzərdə tutulan sutəmizləyici qurğular quraşdırılsa da, hər dəfə seldən sonra kəndə içməli su bulanıq gəlir. Yeri gəlmişkən, içməli suyu bulanıq gələn daha bir kənd isə 3 minə yaxın əhalisi olan rayonun Digah kəndidir. 

Son xəbərlər

Orphus sistemi