ETSN rəsmisi: "Qubada həyətdə aşkarlanan qonur ayının təbiətə buraxılması istiqamətində tədbirlər görülür"

ETSN rəsmisi: "Qubada həyətdə aşkarlanan qonur ayının təbiətə buraxılması istiqamətində tədbirlər görülür" Bakı. 27 fevral. REPORT.AZ/ Quba rayonunda fərdi təssərrüfatlardan birində aşkarlanan və adı “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür.
Ekologiya
27 Fevral , 2019 12:49
ETSN rəsmisi: Qubada həyətdə aşkarlanan qonur ayının təbiətə buraxılması istiqamətində tədbirlər görülür

Bakı. 27 fevral. REPORT.AZ/ "Quba rayonunda fərdi təssərrüfatlardan birində aşkarlanan və adı “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür".

Bunu "Report"a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.  

Onun sözlərinə görə, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq:  "Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq".

O qeyd edib ki, belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur: "Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”inə müraciət etmələri xahiş olunur".

Son xəbərlər

Orphus sistemi