Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib

Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib Bakı. 1 mart. REPORT.AZ/ Quba sakininin həyətində aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib.
Ekologiya
1 Mart , 2019 10:41
Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib
0 : 00
0 : 00

Bakı. 1 mart. REPORT.AZ/ Quba sakininin həyətində aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycanın “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Son xəbərlər

Orphus sistemi