Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb - PROQNOZ

Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb - PROQNOZ Proqnozlar Bürosu: Havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq
Ekologiya
30 Mart , 2018 11:43
Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb - PROQNOZ

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, bu gün sutka ərzində ölkə ərazisində şimal-qərb küləyi əsəcək.

Onun sözlərinə görə, hazırda əsən küləyin martın 31-i gündüz saatlarından başlayaraq tədricən mülayimləşməsi gözlənilir: "Sabah ölkə ərazisində mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir".

Mütəxəssis bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək: "Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah gündüz saatlarından başlayaraq havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq".

G.Məmmədova qeyd edib ki, aprelin 1-dən etibarən hava şəraiti sabitləşəcək.

Son xəbərlər

Orphus sistemi