Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ Bakı. 14 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya
14 Avqust , 2018 12:57
Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Bakı. 14 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi