Qərargah: Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir

Qərargah: Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir Bakı. 16 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.
Ekologiya
16 Oktyabr , 2018 19:02
Qərargah: Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır: "Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir".

Son xəbərlər

Orphus sistemi