Qarın hündürlüyü Qrızda 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Qarın hündürlüyü Qrızda 9 sm-ə çatıb - FAKTİKİ HAVA Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15 mm olub
Ekologiya
17 Oktyabr , 2017 09:58
Qarın hündürlüyü Qrızda 9 sm-ə çatıb - FAKTİKİ HAVA

Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub.

Qar örtüyünün hündürlüyü Qrızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib. 

Son xəbərlər

Orphus sistemi