Qaradağda icazəsiz balıq ovlayan şəxs saxlanılıb
Ekologiya
- 09 oktyabr, 2018
- 10:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Ələt qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxsi saxlayıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Qaradağ rayon sakini Qurban İskəndərov olduğu müəyyən edilib, ondan ov alətləri və qayıq götürülüb.
Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 495 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Son xəbərlər
12:11
İran dağıdıcı yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol
11:26
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir
Xarici siyasət
11:15
Türkiyə XİN Azərbaycanı təbrik edib
Xarici siyasət
11:10
Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
Region
10:49
Dron hücumundan sonra Sankt-Peterburqdakı "Ozon" anbarında yanğın baş verib
Digər ölkələr
10:46
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
Futbol