Yuxarı
    Bağlamaq

    Proqnozlar Bürosu: Sabit hava şəraiti hələ davam edəcək

    Gülşad Məmmədova: “Mülayim qərb küləyi əsəcək”

    Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, dekabr ayının 29-30-da ölkə ərazisində hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək: “Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq".

    Direktorun sözlərinə görə, növbəti iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Havanın temperaturu günorta saatlarında 12-17, Bakıda və Abşeron yarımadasında 9-14, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti təşkil edəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi