Yuxarı

Proqnozlar Bürosu: Sabah havanın temperaturu 4 dərəcəyədək yüksələcək

Proqnozlar Bürosu: Sabah havanın temperaturu 4 dərəcəyədək yüksələcək
Gülşad Məmmədova: Sabah axşam və oktyabrın 27-də bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Oktyabrın 26-da ölkə ərazisində havanın temperaturu 2-4 dərəcəyədək yüksələcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah havanın temperaturu Bakı və Abşeron yarımadasında 20-24, bölgələrdə 21-26, dağlıq ərazilərdə isə 12-18 dərəcə isti təşkil edəcək: "Sabah gün ərzində Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, oktyabrın 26 axşam və 27-də bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi