Proqnozlar Bürosu: Həftəsonu ölkə ərazisində havanın temperaturu yüksələcək

Proqnozlar Bürosu: Həftəsonu ölkə ərazisində havanın temperaturu yüksələcək "Bazar günü ölkə ərazisində şimal-şərq küləyinin əsəcəyi gözlənilir"
Ekologiya
13 Aprel , 2017 16:44
Proqnozlar Bürosu: Həftəsonu ölkə ərazisində havanın temperaturu yüksələcək

Bakı. 13 aprel. REPORT.AZ/ "Bakıda və Abşeron yarımadasında həftəsonu hava şəraiti əsasən yağmursuz keçəcək."

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, lakin gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var: "Aprel ayının 14-15-də havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-20 dərəcə arasında dəyişəcək, hətta yarımadanın bəzi yerlərində 22-24 dərəcəyədək yüksələcək. Aprelin 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, arabir güclənən cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq. Aprel ayının 15-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru tədricən mülayimləşəcək. Bazar günü isə ölkə ərazisində sürəti saniyədə 7-12 metr olan şimal-şərq küləyinin əsəcəyi gözlənilir".

G.Məmmədova qeyd edib ki, aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir: "Bəzi yerlərdə yağıntılar intensiv xarakter alacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək".

Son xəbərlər

Orphus sistemi