Bakıya gələn su kəmərində qəza baş verib, üç rayonun suyla təminatında fasilələr yaranıb

Bakıya gələn su kəmərində qəza baş verib, üç rayonun suyla təminatında fasilələr yaranıb Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir
Ekologiya
11 İyul , 2015 10:42
Bakıya gələn su kəmərində qəza baş verib, üç rayonun suyla təminatında fasilələr yaranıb

Bakı. 11 iyul. REPORT.AZ/ Paytaxtın Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

Azərsu ASC”dən “Report”a verilən məlumata görə, Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. Ona görə də paytaxtın üç rayonunun müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi