Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda fevralın 26-sı və 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Onun sözlərinə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək: “Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Fevralın 27-də paytaxtda hava şəraitinin dəyişkən buludlu, əsasən gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 7-9° arasında dəyişəcək”.
O qeyd edib ki, Azərbaycanın rayonlarında isə fevralın 26-sı və 27-də hava şəraiti əsasən yağmursuz keçəcək: “Lakin axşamdan 27-nə kimi bəzi cənub və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 10-15° isti, dağlıq ərazilərdə isə 4-8° isti təşkil edəcək”.