Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var

Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var Norveç iri neft istehsalçısı və ixracatçısıdır və bu, onun Azərbaycanla oxşar cəhətidir.
Ekologiya
27 Sentyabr , 2024 22:13
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var

Norveç iri neft istehsalçısı və ixracatçısıdır və bu, onun Azərbaycanla oxşar cəhətidir.

“Report” xəbər verir ki, bunu Norveç Xarici İşlər Nazirliyinin “yaşıl” keçid üzrə xüsusi nümayəndəsi Per Strand Şosta Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, iqtisadiyyatın qurulmasının bu cür strukturu dayanıqlı inkişaf məqsədinə və Paris sazişinin məqsədlərinə uyğun ola bilməz.

“Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var və biz hidroenergetikanın həcmini artırmağa çalışırıq”, - xüsusi nümayəndə bildirib.

Şosta onu da vurğulayıb ki, bərpa olunan enerji mənbələrinə keçid kifayət deyil. “Biz həmçinin emissiyaları azaltmağın yollarını işləyib hazırlamalıyıq. Əks halda keçid bizə lazım olan sürətlə baş verməyəcək”, - deyə o fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi