Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib

Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinədaxil olan məlumat yerində araşdırılıb.
Ekologiya
29 İyul , 2020 14:15
Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib

Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.

"Report"un məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "İNV" MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib:

"Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan “məcburi göstəriş" verilib. Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər".

Son xəbərlər

Orphus sistemi