Nazirlik tullantıların qalaqlanmasına və yandırılmasına görə bələdiyyə sədrini cərimələyib

Nazirlik tullantıların qalaqlanmasına və yandırılmasına görə bələdiyyə sədrini cərimələyib O, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib
Ekologiya
16 Avqust , 2017 09:48
Nazirlik tullantıların qalaqlanmasına və yandırılmasına görə bələdiyyə sədrini cərimələyib

Bakı. 16 avqust. REPORT.AZ/ Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şikayət ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilən qanun pozuntusunun aradan qaldırlması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi