Bakı. 21 dekabr. REPORT.AZ/
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu məqsədlə monitorinq aparılıb.
Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.
Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.