Nazirlik rəsmisi: "Zığda tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyəti deformasiyaya uğrayıb"

Nazirlik rəsmisi: "Zığda tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyəti deformasiyaya uğrayıb" Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakının Zığ qəsəbəsində tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyəti deformasiyaya uğrayıb.
Ekologiya
19 Oktyabr , 2018 16:05
Nazirlik rəsmisi: Zığda tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyəti deformasiyaya uğrayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov / Report. Elchin Murad
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Bakının Zığ qəsəbəsində tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyəti deformasiyaya uğrayıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, ərazidə bir metrdən çox çökmə, divarların aralanması və vəziyyətini nisbi də olsa, dəyişən evlər var: "Baxmayaraq ki, orada layların yatımı qərb istiqamətindədir, amma şərq tərəfə yamac maili olduğu üçün sürüşmə, uçqunlar həmin istiqamətdə daha çox baş verir. Dünən Zığ şosesində çökmə tipli sürüşmə baş verdi. Yolun bir hissəsində metal konstruksiya ilə inşa edilmiş istinad divarı uçub. Həmin divara bərkidilən istinad divarlarının böyük əksəriyyəti çatlayıb. Yenidən həmin istinad divarı inşa olunur".

Ə.Qaralov deyib ki, ərazidə gərginlik qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi