Nazirlik: Hövsan qəsəbəsində çirkab sular birbaşa Xəzər dənizinə axıdılır

Nazirlik: Hövsan qəsəbəsində çirkab sular birbaşa Xəzər dənizinə axıdılır Bununla bağlı Suraxanı Su-Kanal idarəsinin rəisi barəsində akt tərtib edilib və cərimə olunub
Ekologiya
13 Avqust , 2016 11:52
Nazirlik: Hövsan qəsəbəsində çirkab sular birbaşa Xəzər dənizinə axıdılır

Bakı. 13 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi