Nazirlik: Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir

Nazirlik: Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir Bakı. 17 avqust. REPORT.AZ/ “Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür”.
Ekologiya
17 Avqust , 2018 12:30
Nazirlik: Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir

Bakı. 17 avqust. REPORT.AZ/ “Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son dövrlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb: “Bayılda sürüşmə hadisəsi qeydə alınan ərazilərdə mayak və reperlərimiz var, müşahidə işləri aparırıq. Ərazi daima nəzarətdədir”.

Ə.Qaralov bildirib ki, ərazidə axtarış-kəşfiyyat işləri iyun ayında başa çatıb: “Araşdırma işlərinin sonunda hesabat tərtib olunub. Prosesin başvermə səbəbləri, ərazinin geoloji quruluşu haqqında tövsiyyələr və görülə biləcək tədbirlər haqqında məlumat müvafiq təşkilatlara, həmçinin Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, 2018-ci ilin fevral və may aylarında Bayıl qəsəbəsinin ayrı-ayrı yerlərində sürüşmə hadisələri baş verib. 

Son xəbərlər

Orphus sistemi