Nazirlik: Bayıl sürüşmə zonasında vəziyyət sabitdir

Nazirlik: Bayıl sürüşmə zonasında vəziyyət sabitdir Əraziyə qoyulan mayaklarda heç bir aktivlik qeydə alınmayıb
Ekologiya
5 Fevral , 2018 11:03
Nazirlik: Bayıl sürüşmə zonasında vəziyyət sabitdir
Report

Bakı. 5 fevral. REPORT.AZ/ “Hazırda Bayıl sürüşmə zonasında vəziyyət sabitdir, heç bir dəyişiklik yoxdur”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əraziyə qoyulan mayaklarda heç bir aktivlik qeydə alınmayıb: “Sakinlərin evlərinə nə zaman qayıdacağını yerli icra strukturları bilirlər. Biz təhlükəli ərazilərin dairəsini, topoqrafik xəritələri qeyd etmişik. Təhlükəli əraziyə daxil olan evlərdə yaşayan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı iki məktəbə köçürülüblər. Digərləri isə qohumlarının evində qalırlar”. 

Son xəbərlər

Orphus sistemi