Nazirlik ağac kəsən şirkəti 27 min manata yaxın cərimələyib
Ekologiya
- 22 yanvar, 2020
- 05:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.
Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.
Son xəbərlər
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr