Nazirlik Abşeronda istixana əməkdaşını cərimələyib
Ekologiya
- 05 noyabr, 2018
- 11:18
Bakı. 5 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub.
Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, 800 manat məbləğində cərimə olunub. Belə hallara yol verilməməsi üçün istixanaya icrası məcburi olan “məcburi göstəriş” verilib.
Son xəbərlər
23:24
Tramp: ABŞ-nin ikinci aviadaşıyıcısı tezliklə İran sahillərinə göndəriləcək
Digər ölkələr23:05
Mehdiyevin "kabinet"i kölgədə qaldı və ya Əlinin əli kimin cibindən çıxdı?
Daxili siyasət22:58
Türkiyə Superliqasında "Qalatasaray" növbəti qələbəsini qazanıb
Futbol22:49
İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
Xarici siyasət22:41
İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir
Xarici siyasət22:39
Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
Xarici siyasət22:34
Azərbaycan Prezidenti: Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü
Xarici siyasət22:31
Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı
Xarici siyasət22:28