Yuxarı
    Bağlamaq

    Nazirlik: 2016-cı ildə Azərbaycanın milli parklarını ziyarət edən turistlərin sayı 3 dəfə çoxalıb

    Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür

    Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən illərlə müqayisədə 2016-cı ildə Azərbaycanın milli parklarını ziyarət edən turistlərin sayı üç dəfə çoxalıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ildə Azərbaycanın milli parklarını ziyarət edən turistlərin sayı 75 min idisə, 2016-cı ildə bu rəqəm 199 530 nəfər olub.

    Belə ki, 2016-cı il ərzində milli parklarını ziyarət edən turistlərin 3 081 nəfəri xarici, 196 449 nəfəri isə Azərbaycan vətəndaşları olub. 2015-ci ildə isə milli parkları 1 050 nəfər xarici, 73 950 nəfər Azərbaycan vətəndaşı ziyarət edib.

    Qeyd edək ki, bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür. Hazırda Azərbaycanda 890 min hektaradək xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 milli park, 12 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli park və qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi