Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir

Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir Bu gün iqlim dəyilikliyinin ölkənin sosial-iqtisadi inkişafına və insanların həyatına təsirinin düzgün qiymətləndirilməsi, bunun əsasında müasir yanaşmaların və təşəbbüslərin müəyyən olunması dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan üçün də oldu
Ekologiya
26 Sentyabr , 2024 11:21
Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir
Anar Əliyev

Bu gün iqlim dəyilikliyinin ölkənin sosial-iqtisadi inkişafına və insanların həyatına təsirinin düzgün qiymətləndirilməsi, bunun əsasında müasir yanaşmaların və təşəbbüslərin müəyyən olunması dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan üçün də olduqca əhəmiyyətlidir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “İqlim dəyişikliyi və ədalətli keçid: Həmkarlar ittifaqının rolu və fəaliyyət” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyinin dünya iqtisadiyyatı üzərində təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını almaq və ya ən azı neytrallaşdırmaq üçün “yaşıl iqtisadiyyat” konsepsiyasına keçidi qaçılmaz edir:

"Bu keçid dövründə meydana gələ biləcək sosial risklərin optimallaşdırılması və idarə olunması üçün sosial tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Layiqli əməyə sosial dialoqun inkişafı əsasında nail olunması – ”yaşıl iqtisadiyyat"a keçid dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. Bu, ilk növbədə əmək sferası ilə sosial müdafiənin inkişafında yeni yanaşmaların tətbiqini zəruri edir.

Ötən illər ərzində olduğu kimi, bu keçid dövründə də əməkçilərin əmək və sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün təşəbbüsləri xüsusi rol oynayır".

Son xəbərlər

Orphus sistemi